Gənclər Kitabxanası 100-dən çox “Book trailer”in müəllifidir

 12:19 31.05.2021     281

Kitab treyleri hər hansı bir kitabdan bədii formada bəhs edən qısa bir videodur.

Redaktor.az xəbər verir ki, bu videoların məqsədi yeni çap olunan kitabları reklam etmək və oxucuları onları oxumağa cəlb etmək, film qoşqularına xas olan əyani vasitələrdən istifadə edərək kitablara diqqət çəkməkdir. Bir qayda olaraq, kitab treylerinin müddəti 3-10 dəqiqədən çox deyil. Bu cür videolar həm müasir kitablar, həm də ədəbi klassik halına gələn kitablar üçün çəkilir. Bir kitab treylerinin əsas vəzifəsi gələcək oxucunu maraqlandırmaq və təəccübləndirmək, hekayə xəttinə və sənət əsərinin qəhrəmanlarına diqqət çəkməkdir. Kitab treyleri hazırlayarkən videolar, illüstrasiyalar, fotoşəkillər, kitab örtüklərindən istifadə edilir.

Bu gün Respublika Gənclər kitabxanası 100-dən çox kitab treylerinin müəllifidir. Belə ki, kitabxana əməkdaşları tərəfindən coxlu sayda dünya və Azərbaycan klassiklərinin və müasir yazarlarının əsərlərinə kitab treyleri çəkilir. Bu kitab treyleri “Kitabxanasçı məsləhət edir” aksiyası çərçivəsində kitabxananın sosial şəbəkələrinə və Youtube kanalına yerləşdirilir. Bu “book trailer”lərin çəkilməsində əsas məqsəd kitaba, mütaliəyə olan marağı artırmaq, gənc nəsli maraqlı, faydalı, mütaliəsi mühüm olan yerli və dünya ədəbiyyatı ilə tanış etməkdən ibarətdir. Hazırlanan hər bir “book trailer”lərdə müəllifin adının, əsərin süjet xəttinin, əsər haqqında maraqlı faktların, əsərin motivləri əsasında çəkilmiş filmlərin adlarının və onlar haqqında məlumatların  verilməsi mühümdür.

Respublika Gənclər Kitabxanasının əməkdaşları  Elxan Elatlı, Varis Yolçuyev, Rövşən Abdullaoğlu,  Əlibala Hacızadə, İlyas Əfəndiyev, Anar,  Edqar Po, Aqata Kristi, Rəşad Nuri Güntəkin, Fenimor Kuper, Kolin Makkalou, F. Dostoyevski, Con Boyne, Qabriel Qarsiya Markes, Sumeyya Koc, Teador Drayzer, Jül Vern, Xalid Hüseyn və s. müəlliflərin bir, iki və daha çox əsərinə “book trailer” çəkib.

İstifadəçilər kitabxana əməkdaşları tərəfindən hazırlanan “book trailer”lərin bəzilərinə

https://www.instagram.com/tv/CKGwu0GBT7D/

https://www.instagram.com/tv/CJ8HV4sh7bm/

https://www.instagram.com/tv/CJqAiU2hy9K/

https://www.instagram.com/tv/CJDKaSPBIWc/

https://www.instagram.com/tv/CI-uUndBuRT/

https://www.instagram.com/tv/CI3TsuPhPZH/

https://www.instagram.com/tv/CIxlv3bhNLN/

https://www.instagram.com/tv/CHu5gD9BKOz/

https://www.instagram.com/tv/CFXulzWBxgY/