Ramiz Əzizbəylinin son vəziyyəti - Ailəsi açıqladı...

 10:28 02.06.2021     265

Xalq artisti, kinorejissor Ramiz Əzizbəylinin səhhəti yenidən pisləşib.

Redaktor.az xəbər verir ki, bu barədə  açıqlamasında aktyorun qızı Cəlalə Əzizbəyli bildirib. O, vurğulayıb ki, atasının vəziyyəti ağırdır.

”Atam reanimasiyadadır. Vəziyyəti ağırdır. Bildiyiniz kimi, bu xəstəliyin çox ağır simptomları var. Buna görə də, həkimlər onun səhhəti ilə bağlı konkret olaraq hələ heç nə demirlər”.

Qeyd edək ki, Xalq artisi R.Əzizbəyli bir müddət öncə koronavirus (COVID-19) diaqnozu ilə xəstəxanaya yerləşdirilib. //Baku.ws