Qızı Ramiz Əzizbəyli haqda: Ümid Allahadır

Koronavirusa yoluxduğu üçün xəstəxanaya yerləşdirilən Xalq artisti, kinorejissor Ramiz Əzizbəylinin vəziyyəti ağırlaşıb.
Redaktor.az məlumatına görə, bu barədə 72 yaşlı Xalq artistinin qızı Xədicə Əzizbəyli məlumat verib. Onun sözlərinə görə, atasının vəziyyəti ağır olaraq qalır:
“Atam mayın 28-dən reanimasiyaya yerləşdirilib. Vəziyyəti indi ağırdır. Onun bir neçə xəstəliyi var, ona görə də vəziyyəti belədir. Ümid Allahadır.
Qeyd edək ki, Xalq artisti Ramiz Əzizbəyli üç dəfə insult keçirib. O, uzun müddətdir yüksək qan təzyiqi və şəkərdən əziyyət çəkir. Onun ayaqları barmaq hissədən amputasiya olunub. //Axşam.az