Ramiz Əzizbəylinin qızı: "Atamın vəziyyəti yaxşılı deyil"
Azərbaycanın Xalq artisti, kino rejissor Ramiz Əzizbəylinin qızı Xədicə Əzizbəyli atasının vəziyyətinin ağır olaraq qaldığını bildirib.
Redaktor.az xəbər verir ki, aktyorun qızı atasının vəziyyətində heç bir irəliləyişin olmadığını bildirib:
"Artıq 12-ci gündür ki, atam reanimasiyadadır. Həkimlərin əllərindən gələni etmələrinə baxmayaraq səhhətində bir dəyişiklik yoxdur, yaxşılığa doğru getmir. Bizim əlimizdən dua etmək gəlir".
Qeyd edək ki, Ramiz Əzizbəyli artıq üç həftədən çoxdur ki, koronavirusa yoluxub və müalicə alır. Bir neçə gün əvvəl isə infakt keçirib. Xalq artisti hazırda Zığ qəsəbəsində yerləşən koronaviruslu xəstələrin müalicə aldığı modul tipli hospitaldadır.
Aysel Hacıyeva / Redaktor.az












