“Günəşi gözləyənlər” romanı ikinci dəfə nəşr olunub

 13:59 10.06.2021     318

Yazıçı Cavid Zeynallının “Günəşi gözləyənlər” romanı ikinci dəfə nəşr olunub. 

Redaktor.az xəbər verir ki, roman “Köhlən” nəşriyyatında çap olunub. Yazıçı bildirib ki,  “Köhlən” nəşriyyatı yeni yaradılıb və çağdaş Azərbaycan ədəbiyyatının nəşri, təbliği ilə bağlı planları çoxdur. Nəşriyyatın rəhbəri Nizami Əlisoy “Günəşi gözləyənlər”i bir müddət əvvəl oxuyub. Romanı ikinci dəfə nəşr etməyi təklif edib:

"Bu mənim ilk romanımdır və yenidən oxuyanda ciddi redaktəyə ehtiyac hiss elədim. Kitab şənbə günündən etibarən bütün kitab mağazalarında olacaq”.

Qeyd edək ki, kitabın redaktorları Əsəd Cahangir və Elnaz Eyvaz, korrektoru Gülər Uğur, mətn tərtibatçısı Yusif Əsgərdir.