Ramiz Əzizbəylinin qızı: "ÖLMƏK İSTƏMİRDİ..."

 02:00 11.06.2021     574

"Atam xalqını çox sevirdi. Ölmək istəmirdi, amma həyat, xəstəlik ona imkan vermədi. Arzuları çox idi, xatirələri ilə bağlı kitab çap etdirmək istəyirdi, yarımçıq qaldı".  

Redaktor.az bu sözləri Lent.az-a açıqlamasında Ramiz Əzizbəylinin qızı Xədicə Əzizbəyli atasından danışarkən deyib: "Ayağının sağalmasını gözləyirdi, şəkər xəstəsi olduğu üçün hərəkət edə bilmirdi. Sağalmışdı, amma koronavirus ona aman vermədi. Mən onunla xəstəxanada bir yerdə idim, 9 gün yanında qaldım. Sonra infarkt keçirdi, reanimasiyaya yerləşdirildi. Sonuncu dəfə mayın 28-də görmüşəm. İlk günlər yaxşı idi, palatada bir yerdə idik. Atama deyirdim ki, xəstəxanadan sağalıb bir yerdə çıxacağıq".  

Qeyd edək ki, xalq artistinin qızı Xədicə Əzizbəyli də koronavirusa yoluxmuşdu.//Lent.az