Xarici dillərdə virtual kitab sərgiləri təqdim edilib - Gənclər Kitabxanası

 12:57 17.06.2021     282

Hər bir xalqın özünəməxsus, öz xüsusiyyətlərini, adət və ənənələrini, həyat tərzini, dünyaya baxışını özündə cəmləyən ədəbiyyatı var.

Redaktor.az xəbər verir ki, dünya ədəbiyyatı içərisində Rus ədəbiyyatı öz parlaq simaları və çoxlu sayda ədəbiyyat nümunələri ilə həmişə seçilib. Rus ədəbiyyatı dünyaya  Puşkin, Qoqol, Lermontov, Jukovski, Turqenev, Kuprin, Tolstoy və s. kimi dahi klassiklər bəxş edib. Təəccüblü deyil ki, Fyodor Dostoyevski tarixdə ən çox öyrənilmiş (100) şəxsiyyət siyahısına daxil edilmiş insan, Tolstoy dünya ədəbiyyatında roman janrının ən görkəmli nümunələrini yaratmış yazıçı,  Puşkin isə Rusiyanın "ən böyük şairi" və müasir rus ədəbiyyatının banisi hesab edilir.

Gənc nəslin dünya klassiklərini tanımaları, dünya ədəbiyyatı incilərini mütaliəsi və təbliğini təşkil etmək məqsədilə Respublika Gənclər Kitabxanası xarici ədəbiyyat nümayəndələri haqqında materialların hazırlanması işində həmişə fəallıq nümayiş etdirib. Belə ki, kitabxana əməkdaşları A. Kuprin, A.Qriboyedov, A. Blok, A.Çexov, V.Belinski, M. Bulqakov, A.Axmatova, F.Dostoyevski, İ.Turgenev, S. Yesenin və s. haqqında Azərbaycan və rus dillərində virtual kitab sərgiləri, biblioqrafik icmallar, video çarxlar hazırlayaraq istifadəçilərə təqdim ediblər. Əksəriyyəti rus dilində hazırlanmış bu vəsaitlərin bəziləri yazı materialları əsasında, digəri isə səsli müşayət ilə hazırlanıb. Hazırlanan materiallarda Rus ədəbiyyatı nümayəndələrinin həyat yolu, yaradıcılıq mərhələləri haqqında geniş, ətraflı məlumat verilib. Vəsaitlərdə klassiklərin müəllifi olduqları əsərlər haqqında söhbət açılmış, onların kitabları nümayiş etdirilib. Burada onlar haqqında maraqlı faktlar, əsərlərindən parçalar, şəxsi fotoalbomlarından şəkillər paylaşılıb. Rus ədəbiyyatının parlaq simaları ilə tanış olmaq, onların həyat və yaradıcılıqları, əsərləri haqqında məlumat almaq istəyən izləyicilər üçün bu materiallar əsl hədiyyədir.

Respublika Gənclər Kitabxanası gələcəkdə də bu yönümdə faəliiyətini davam etdirməyi və öz istifadəçilərini nəinki, Rus ədəbiyyatı nümayəndələri, həmçinin də dünya ədəbiyyatının klassikləri və çağdaş dövrünün parlaq simaları ilə tanış etməyi planlaşdırır.

İzləyicilər sözügedən materiallara kitabxananın rəsmi saytında, sosial şəbəkə səhifələrində və Youtube kanalında baxa bilərlər.

https://www.instagram.com/tv/CO4oW-2h62e/

https://www.instagram.com/tv/CCTU8vLBAOj/

https://www.instagram.com/tv/CBZ85XylVgN/

https://www.instagram.com/tv/B_2xacslH8Z/

https://www.instagram.com/tv/B_W3acNlqYO/

https://www.instagram.com/tv/B_URX8CFrHN/

https://www.instagram.com/p/CP8ynpzhnIX/

https://www.youtube.com/watch?v=gAcI8nwaTxc

http://ryl.az/files/V.G.Belinski.pdf

222
Vumart və Güvən reklamı Vumart Güvən