AYB-nin birinci katibi vəzifəsi Çingiz Abdullayevə həvalə olunub

 19:32 17.06.2021     328

Azərbaycan Yazıçılar Birliyinin (AYB) birinci katibi vəzifəsini müvəqqəti olaraq Xalq yazıçısı Çingiz Abdullayev icra edəcək.

Redaktor.az xəbər verir ki, bu barədə APA-ya AYB-nin mətbuat katibi Xəyal Rza məlumat verib.

O, Ç.Abdullayevin AYB-nin katibi vəzifəsində qalmaqla, qurultaya qədər birinci katibin səlahiyyətini də icra edəcəyini bildirib.

Vəzifə təyinatı qurultay zamanı səsvermə yolu ilə həyata keçiriləcək.

Xatırladaq ki, bundan əvvəl AYB-nin birinci katibi mərhum Xalq şairi Fikrət Qoca idi.

 

Vumart və Güvən reklamı Vumart Güvən