Arif Quliyevin məzar daşı üçün pulu tapılmır? - AÇIQLAMA

 16:58 19.06.2021     417

Mərhum Xalq artisti Arif Quliyevin ailəsi məzar daşının hazırlanması üçün maddi imkanları olmaması ilə bağlı yayılan xəbərləri təkzib edib.

Redaktor.az xəbər verir ki, bu barədə danışan mərhum aktyorun oğlu Rövşən Quliyev məzar daşının qoyulmamasının səbəbinin pul yox, anasının səhhəti ilə bağlı olduğunu deyib:

“Xeyr, bu xəbər doğru deyil. Biz məzar daşı ilə bağlı heç kimə müraciət etməmişik. Hazırda anam ağır xəstədir, başımız ona qarışıb. Gözləyirik ki, anamın səhhəti bir az düzəlsin, daha sonra məzar daşını düzəltdirəcəyik".

Aktyorun oğlu atasının vəfatından sonra Mədəniyyət Nazirliyinin onlarla maraqlanmadığını qeyd edib:

“Atamın vəfatından sonra nazirlikdən maraqlanan olmadı. Lakin sənət dostları sağ olsunlar, hər zaman bizimlə maraqlanırlar. Amma bunun məzar daşı məsələsinə aidiyyatı yoxdur, özümüz edəcəyik. Bu elə də çətin iş deyil. Sadəcə dediyim kimi, anamın vəziyyəti pisdir, atamın vəfatından sonra səhhəti daha da ağırlaşdı”.

 

Vumart və Güvən reklamı Vumart Güvən