Cahangir Cahangirovla bağlı silsilə materiallar hazırlanıb - FOTO

 11:13 21.06.2021     292

Azərbaycanın istedadlarla zəngin  musiqi tarixinin səhifələrinə adı qızıl hərflərlə yazılan unudulmaz bəstəkarlardan biri də Cahangir Cahangirovdur.

Redaktor.az xəbər verir ki, Azərbaycan musiqi mədəniyyətinin inkişafında xüsusi xidmətləri olan bu bəstəkarın yaradıcılığında əsas yeri dillərdə əzbər olmuş mahnılar tutur. Vətənə, xalqa, millətə, anaya olan məhəbbət onun bəstələrində çox kövrək və ifadəli şəkildə öz əksini tapıb. Üzeyir Hacıbəylidən dərs almış və dahi bəstəkarın yaratdığı məktəbin ən istedadlı tələbəsi olmuş Cahangir Cahangirov çox maraqlı və müxtəlif janrlı musiqi əsərlərinin müəllifidir. Bəlkə də buna görədir ki, yazdığı bütün mahnılar şövqlə oxunub və əbədiyaşarlıq tapıb.

Resbublika Gənclər Kitabxanası  bəstəkar, pedaqoq, xormeyster, Azərbaycan SSR xalq artisti Cahangir Cahangirovun 100 illik yubileyi münasibətilə “Əbədiyaşar sənətkar” adlı virtual sərgi və “Cahangir Cahangirov - 100” adlı video çarx hazırlayıb. Virtual sərgidə dahi bəstəkarın həyat və yaradıcılığı, tələbəlik illəri, bəstəkarlıq sahəsində atdığı ilk addımlar haqqında geniş məlumat verilmiş, bu sahədə ona müəllimlik etmiş dahi Üzeyir Hacıbəyovun adı çəkilib. Materialda Cahangir Cahangirovun müəllifi olduğu əsərlər haqqında məlumat verilmiş, musiqi bəstələdiyi filmlərin, tamaşaların siyahısı təqdim olunub. Virtual sərgidə bəstəkarın müxtəlif illərdə aldığı fəxri adlar orden və fəxri fərmanlar haqqında məlumat verilmişdir, bundan əlavə Cahangir Cahangirovun, adını Azərbaycan müsiqisinə qızıl hərflərlə yazmış Niyazi, Qara Qarayev, Lütfiyar İmanov, Tofiq Quliyev ilə birgə foto şəkilləri də təqdim olunmuşdur. Virtual sərgidə dahi bəstəkarın 30-dan çox not nüsxəsinin biblioqrafik təsviri yer alıb.

Bundan əlavə kitabxana əməkdaşları dahi bəstəkarın yaradıcılığına, bəsdələdiyi musiqi əsərlərinə həsr edilmiş “Cahangir Cahangirov - 100” adlı video çarx da hazırlayıblar. Video çarx səsli müşayiət olunaraq, bəstəkarın yaradıcılığı haqqında maraqlı faktlarla zəngin ətraflı məlumat təqdim edir. Burada biz, Cahangiz Cahangirovun müsiqisinə bəstələnmiş və dahi sənətkarlar olan Şövkət Ələkbərova, Rəşid Behbudov, Tükəzban İsmayılova, Yalçın Rzazade tərəfindən ifa edilən mahnı parçalarını da dinləyə bilərik. Video çarxda Cahangir Cahangirovun müxtəlif illərdə çəkilən videoları da yer alıb.

Sözügedən materialları izləmək arzusunda olan izləyicilərimiz linklarından  yararlana bilərlər.

https://www.instagram.com/tv/CQSKil5hEiA/ https://www.youtube.com/watch?v=b7CC0gQOkm0

2
Vumart və Güvən reklamı Vumart Güvən