Sevinc Çılğın ARB-dən getdi

 18:32 23.06.2021     382

3 ildən artıqdır ki, ARB telekanalında Anons redaksiyasının rəhbəri vəzifəsində çalışan Sevinc Çılğın işindən ayrıldığını açıqlayıb.

Redaktor.az xəbər verir ki, S.Çılğın 15 ildən artıqdır televiziya sahəsində çalışdığını və  bir müddət dincəlməyə ehtiyac hiss etdiyini bildirib.

"Yenidən bu sahəyə dönüb-dönməyəcəyim, yaxud nə ilə məşğul olacağım barədə düşünmək belə istəmirəm bu dəqiqə. Sadəcə dincəlmək, bir müddət hamıdan, hər şeydən uzaqlaşmaq istəyirəm” - deyə əlavə edib.//Axşam.az.

Vumart və Güvən reklamı Vumart Güvən