Rusiyalı məşhur aktrisa vəfat edib
Rusiyalı məşhur aktrisa Nina Konovalova vəfat edib.
Redaktor.az xəbər verir ki, aktrisa ötən gün 84 yaşında dünyasını dəyişib. Onun ölüm səbəbi isə hələlik açıqlanmayıb.
Qeyd edək ki, Nina Konovalova "Ağ əlcək", "Mavi şəhərlər", "Üsyançı iyul", "Doktor Jukov, çıxış üçün!", "Yenidən doğulmuş simfoniya", "Ürək əməliyyatı" kimi məşhur filmlərdə çəkilib. //Axşam.az












