Yalçın Rzazadənin məzar daşı niyə hazır deyil? - AÇIQLAMA

Mərhum xalq artisti Yalçın Rzazadənin məzar daşı hələ də hazırlanmayıb. Məsələ ilə bağlı Unikal.org-a xalq artistinin ailəsi məlumat verib. Ailə bildirib ki, Mədəniyyət Nazirliyinin bu işə etinasız yanaşdığını bildirib.
Redaktor.az xəbər verir ki, Big.az Mədəniyyət Naziliyindən məsələ ilə bağlı açıqlama alıb. Nazilikdən bildirilib ki, Nazirliyinin büdcəsində bu istiqamətdə vəsait nəzərdə tutulmayıb:
"Xalq artisti Yalçın Rzazadənin dəfn mərasiminin təşkilində Mədəniyyət Nazirliyinin və Bakı şəhər Mədəniyyət Baş İdarəsinin əməkdaşları yaxindan iştirak etmiş, Nazirliyin adından mərhumun xatirəsinə əklil qoyulmuşdur. Məzar daşı məsələsinə gəldikdə isə bildiririk ki, Mədəniyyət Nazirliyinin büdcəsində bu istiqamətdə vəsait nəzərdə tutulmayıb".