MakSimin son vəziyyəti - AÇIQLANIB

 11:31 04.07.2021     824

İki həftədir ağciyərlərin süni ventilyasiyası cihazına qoşulu vəziyyətdə medikamentoz yuxuda olan rusiyalı müğənni MakSimin (Marina Maksimova) vəziyyətində dəyişiklik hələ yoxdur.

Redaktor.az xəbər verir ki, bu barədə TASS-a müğənninin piar-meneceri Yana Boquşevskaya bildirib.

Agentliyin həmsöhbətinin sözlərinə görə, həkimlər yeni koronavirus testi etməyiblər.

“Bütün [əvvəlki] testlər mənfi idi, indi, əlbəttə, test etmirlər, müalicə ilə məşğul olurlar”, - o deyib. //Qafqazinfo.az.