Tanınmış rejissor dünyasını dəyişib

 09:32 06.07.2021     367

“Supermen” (Superman, 1978) filmini çəkmiş amerikalı rejissor Riçard Donner 91 yaşında dünyasını dəyişib.

Redaktor.az xəbər verir ki, rejissorun vəfat etməsini onun kompaniyasında da təsdiqləyiblər, lakin ölüm səbəbi hələlik açıqlanmır.

Karyerası boyu Donner 70-dən çox film və teleserial çəkib. Onun “Ölümcül silah” (Lethal Weapon), “Meverik” (Maverick, 1994) və “Sui-qəsdin nəzəriyyəsi” (Conspiracy Theory, 1997) kimi işləri geniş tamaşaçı auditoriyasına tanışdır.

O, həmçinin 30-dan çox kinolentin, o cümlədən “X- adamlar” (X-Men, 2000) və “X-adamlar: Başlanğıc. Rosomaha”nın (X-Men Origins: Wolverine, 2009) prodüseri olub. //Qafqazinfo.az.