Qənirə Paşayeva şair Elxan Zalı təbrik edib

 22:59 07.07.2021     118

MM-in Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva şair Elxan Zalı yubileyi münasibəti ilə təbrik edib.

Redaktor.az xəbər verir ki, Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva Mahmud Kaşqari Fondunun başqanı, şair-publisist, tərcüməçi Elxan Zalla Mədəniyyət komitəsində görüşüb, onu  60 illik yubileyi münasibəti ilə təbrik edib, ürək sözlərini bölüşüb:

“Hörmətli Elxan müəllim,

Sizi 60 illik yubileyiniz münasibəti ilə təbrik edir, möhkəm can sağlığı, yeni yaradıcılıq uğurları diləyirəm!

Siz istər ədəbi, istərsə ictimai, təşkilati fəaliyyətinizlə həmişə seçilmisiz. Sizin adınız yalnız ölkəmizdə deyil, türk ölkə və topluluqlarında, özəlliklə Qazaxıstanda yaxşı tanınır. Sizin Fondun Qazaxıstanın I Prezidentinin adını daşıyan Fondla imzaladığı Anlaşma sənədi də daxil olmaqla, özünəməxsus ədəbi əlaqələr qurmuş, qardaş xalqlar arasında mədəni bağların güclənməsinə töhfə vermisiz. Bu planda, Türk dünyasında ədəbi əlaqələrin inkişafına xidmət edən yazarların, ictimai xadimlərin “Mahmud Kaşqari” medalı ilə təltif olunması da, qurucusu olduğunuz “Ulu Çinar” dərgisinin fəaliyyəti də özünəməxsus rola malikdir.

“Türk əsrinin türküləri” və başqa kitablarınız məşhurdur. Şeirləriniz bir çox xarici dilə çevrilib.