"Fəryad 2" filmi çəkilir

 22:02 08.07.2021     558

Vətən müharibəsinə həsr olunmuş, kinorejissor Vaqif Mustafayevin şərti adlandırılan "Fəryad 2" filminin çəkilişlərinə hazırlıq prosesi gedir.

 Redaktor.az xəbər verir ki, bu barədə "Azərbaycanfilm" kinostudiyasının direktoru Fariz Əhmədov məlumat verib.

O bildirib ki, Hadrut və Bakıda dekorasiyaları hazırlanan filmin çəkilişlərinə iyulun 15-dən sonra başlanılacaq.

Çəkilişlərin noyabr ayında qələbənin ildönümünə qədər tamamlanması və tamaşaçılara təqdim olunması gözlənilir. //Kulis.az.

Vumart və Güvən reklamı Vumart Güvən