Prezident bu məşhur şəxsə ev hədiyyə etdi - FOTO

 13:19 10.07.2021     661

Prezident İlham Əliyev Xalq rəssamı Rafiq Nəsirova bir müddət əvvəl ev hədiyyə edib.

Redaktor.az xəbər verir ki, bu barədə "Manset.az" saytı məlumat yayıb.

Rafiq Nəsirov məlumatı təsdiq edib:

"Prezident mənə ev hədiyyə etdi. Allah onun canını daim sağ eləsin. Bizim üstümüzdən əksik olmasın. Bu, mənim yaradıcıllığıma verilən böyük qiymətdir. Ev Yasamalda verilib, 3 otaq, 150 kvadratmetrdir. Bir daha Prezident İlham Əliyevə təşəkkür edirəm”.