Məşhur aktyor mirasını “Qalatasaray”a bağışlayır

 22:46 11.07.2021     89

Məşhur türkiyəli aktyor Aydemir Akbaş mirasını tərəfdarı olduğu kluba bağışlayacağını açıqlayıb.

Redaktor.az xəbər verir ki, aktyor “Qalatasaray” fanatı olması ilə də məşhurdur.

“Sərvətim çox deyil, amma mirasımı “Qalatasaray” cəmiyyətinə bağışlayacağam. Əvvəlcə ehtiyacı olan varmı deyə, yaxınlarıma baxacağam, onun əsasında qərar verəcəyəm. Klubum üçün həyat yoldaşımı da boşayaram”, - deyən aktyorun açıqlaması diqqət çəkib.

Qeyd edək ki, aktyor “Kolpaçino” filmində canlandırdığı Sabri abi obrazına görə xalq arasında bu adla tanınır. //Qafqazinfo.az.