Musiqili Teatra baş rejissor təyin olunub

 06:48 14.07.2021     81

Dövlət Akademik Musiqili Teatrının baş rejissoru vəzifəsinə təyinat olub.

Redaktor.az xəbər verir ki, Cavid İmamverdiyev mədəniyyət naziri Anar Kərimovun əmri ilə bu vəzifəyə gətirilib.

Qeyd edək ki, Cavid Sudeyf oğlu İmamverdiyev 28 iyun 1972-ci ildə Bakıda anadan olub. 1994-cü ildə Bakı Dövlət Universitetinin Filologiya fakültəsini, daha sonra Moskvada ali rejissor kursunu bitirib.

2016-cı ildə Prezident İlham Əliyevin sərəncamı ilə mədəniyyət sahəsində nəaliyyətlərinə görə “Tərəqqi” medalı ilə mükafatlandırılıb. //Kult.az.