Arif Babayevin vəziyyəti ilə bağlı oğlundan - AÇIQLAMA

 23:35 14.07.2021     178

Türkiyədə xəstəxanaya yerləşdirilən Xalq artisti Arif Babayevdən xəbər var.

Redaktor.az xəbər verir ki, xalq artistinin oğlu Yaşar Babayev teleqraf.com-a açıqlamasında atasının səhhətinin yaxşılaşdığını deyib:

"Atam yavaş-yavaş sağalır. 2 həftəyə Azərbaycana gələcək. İnsult keçirmişdi, çox sevinirik ki, müalicənin nəticəsi yaxşıdır. Sağ-salamat gələr inşallah".

Qeyd edək ki, Arif Babayev ötən ilin sentyabrında insult keçirib və Türkiyədə əməliyyat olunub. Onun 83 yaşı var. //Milli.az.