Xərçəng musiqiçinin bütün bədəninə yayılıb

 04:32 19.07.2021     250

1990 və 2000-ci illərin məşhur rok qrupu "Blink-182"nin vokalisti və baş gitaraçısı Mark Hoppus uzun müddətdir xərçəngdən əziyyət çəkirdi.

Redaktor.az xəbər verir ki, xəstəlik musiqiçinin bütün bədəninə yayılıb. Çətin günlər yaşadığını deyən amerikalı musiqiçi sağalma ehtimalının olmadığını bildirib:

"Dördüncü dərəcəli lenfoma xərçəngi diaqnozu qoyulub. Belə deyim, xərçəng bədənimdə dörd fərqli yerə yayılıb. Bu, ən yüksək səviyyədir. Kimyaterapiyaya getməliyəm, amma bilmirəm, xeyri olacaq, ya yox. Bu ərəfəni tamamlamalıyam. Əhvalım yerindədir. Xərçəngə qalib gələcəm. Zamana ehtiyacım var". //Axşam.az