Xalq yazıçısı nəşriyyatlara müraciət edib "Qonorarımın 10 faizi..."

 19:48 31.07.2021     562

Xalq yazıçısı ölkədə fəaliyyət göstərən nəşriyyatlara müraciət edib. 

Redaktor.az xəbər verir ki, Çingiz Abdulayev kitablarından əldə olunan  qonorarın 10%-ini  "Yaşat" Fonduna köçürülməsini və kitablarında Fondun işarəsi əks olunmasını xahiş edib.

"Mənim öz çıxışlarıma görə qonorar almadığımı hamı bilir. Avqust ayının 1-dən etibarən məktəblilər və tələbələrlə görüşlər istisna olmaqla, bütün çıxışlarımın qonorarları " Yaşat" Fonduna köçürülsün. Həmçinin ölkəmizdəki bütün reklam müqavilələri bütünlüklə "Yaşat" Fonduna köçürülsün. Hamınıza təşəkkür edirəm". //Lent.az