Xaçmazda e.ə II minilliyə aid yaşayış məskəni tapılıb - FOTO

 20:51 30.08.2021     116

Xaçmaz rayonunda e.ə II minilliyə orta tunc dövrünə aid yaşayış məskəni tapılıb. 

Redaktor.az xəbər verir ki, bu barədə Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Arxeologiya və Etnoqrafiya İnstitutunun aparıcı elmi işçisi, Xaçmaz arxeloji ekspedisiyasının rəhbəri Döyüş Musayev məlumat verib. Onun sözlərinə görə, ümumilikdə Xaçmazın Şollar kəndi ərazisində 4 təpə aşkarlanıb. Arxeoloji qazıntılar zamanı “Ayxantəpə”dən saxsı qablar, kül, sümüklər, daş alətlər, kömür tapılıb. D.Musayev deyib ki, abidədə birinci təbəqə 9-12 əsrlər aiddir. İkinci təbəqənin tarixi isə orta tunc dövrünə - e.ə II minilliyə aiddir. Arxeloji ekspedisiyasının rəhbərinin sözlərinə görə, burda divarlar aşkarlanıb: "Ehtimal olunur ki, bura qədim şəhər olub. Ərazinin tarixinin daha dəqiq araşdırılması üçün arxeoloji qazıntı işlərinin davam etdirilməsinə ehtiyac var". //APA