Azərbaycan iki ədəbiyyat festivalına qatılacaq - Serbiya

 01:18 10.09.2021     834

Şair, Azərbaycan Yazıçılar Birliyinin Mətbuat xidmətinin katibi Xəyal Rza Serbiyada iki ədəbiyyat festivalında ölkəmizi təmsil edir.

Redaktor.az xəbər verir ki, bu barədə məlumat verən şair deyib ki, festivallardan biri İnciya Beynəlxalq Poeziya Festivalı (İNDJIJA Pro Poet, 2021), digəri isə Serbiya Beynəlxalq Sənət və Ədəbiyyat Festivalıdır (LİTERA ARS PANEVECO, 2021).

Onun sözlərinə görə, festivallar Belqrad, İnciya, Novi Sad və Paneveka şəhərlərində müxtəlif ölkələrdən 40-dan artıq yazarın iştirakı ilə keçirilir. İnciyada keçirilən festivalın ilk mükafatı serb yazıçı Lyubivoje Rsumoviçə veriləcək. Festivalda iştirakçılarının əsərlərindən ibarət serb dilində kitab da oxuculara təqdim olunacaq.

Qeyd edək ki, festivallara Çexiya, Böyük Britaniya, Rumıniya, İtaliya, İspaniya, İsrail, Rusiya Macarıstan, Portuqaliya və digər ölkələrdən tanınmış yazarlar dəvət alıb. //AZƏRTAC