"Səni sevirəm, böyük adam!" - Yaqub Zurufçunun xanımı

 18:35 15.09.2021     2456

Xəbər verdiyimiz kimi, Əməkdar artist Yaqub Zurufçu bu gün "Qurd qapısı" qəbiristanlığında torpağa tapşırılıb.

Redaktor.az xəbər verir ki, müğənninin xanımı Aynur Zurufçu dəfn mərasimində mərhumla bağlı açıqlama verib. O, həyat yoldaşının məzarı üstündə bunları söyləyib:

"Qəhərlənirəm, bilirəm ki, böyük adamlar haqqında kiçiklər danışmamalıdır. Onun qarşısında söz söyləməyə, son söz demək üçün kiçik adamam. Yaqub Zurufçu ürəyi, beyni Azərbaycanla döyünən idi. Ondan öyrənmişəm azərbaycançılığı. Dünyanı gəzdi, gəlib Azərbaycanda özünə yurd qurdu.

Yaqub Zurufçu evimizdən yox, elimizdən getdi. Onun xatirəsini daim yaşadacam, xalq, oğlumuz yaşadacaq. Səni sevirəm, böyük adam!

Təəssüf edirəm ki, Yaqub Zurufçu bu formada dəfn olunur. O, zirvələrə layiqdir. Pandemiyaya görə belə oldu. Əksi halda o, sevdiklərinin çiynində son mənzilə yola salınacaqdı".

Qeyd edək ki, Y.Zurufçu koronavirus infeksiyasına yoluxub. O, ötən gün müalicə aldığı xəstəxanada vəfat edib. //Axşam.az