Cəlilabadda qədim məzarlıq tapıldı

 12:17 19.09.2021     473

Cəlilabad rayonunda qədim məzarlıq aşkar edilib.

Redaktor.az xəbər verir ki, məzarlıq rayonun Çəmənli kəndi ərazisində arxeoloji qazıntılar zamanı üzə çıxıb.

Qazıntıları AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun arxeoloqları aparıblar.

Məzarlıq eradan əvvəl yaşayış sahəsi kimi nəzərdə tutulmuş ərazidə tapılıb. Qəbirlər üzü şərqə basdırılmış formadadır.

Hazırda ərazidə qazıntı işləri davam etdirilir. //Report