Daşkənddəki bu bina Azərbaycan bayrağı ilə işıqlandırıldı - FOTO

 15:14 28.09.2021     1110

27 sentyabr - Azərbaycan Respublikasında Anım Günü kimi qeyd edilməsi ilə əlaqədar Özbəkistanda da şəhidlərimiz hörmətlə anılmış və bununla əlaqədar Daşkənd şəhərinin mərkəzində yerləşən Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin binası Azərbaycanın üçrəngli  bayrağı rəngdə işıqlandırılıb.

Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov Redaktor.az-a bildirib ki, Daşkənddə möhtəşəm bina kimi tanınan, özündə Azərbaycan milli arxitekturasını və koloritlərini əks etdirən Mədəniyyət Mərkəzinin binasının Azərbaycan bayrağının rənglərinin nümayiş olunması şəhidlərimizin ruhu qarşısında bir daha ehtiramı nümayiş etdirir. 

Qeyd edək ki, 27 sentyabr - Azərbaycan Respublikasında Anım Günü kimi qeyd edilməsi ilə əlaqədar Özbəkistanda da şəhidlərimizin anım günü tədbiri keçirilib. 

Azərbaycan Mədəniyyət Mərkəzində keçirilən tədbirdə Azərbaycanın Özbəkistandakı Səfirliyinin, Azərbaycan Mədəniyyət Mərkəzinin əməkdaşları, Özbəkistan-Azərbaycan, Dostluq Cəmiyyətinin rəhbərliyi, Özbəkistanın tanınmış elm, mədəniyyət xadimləri, yerli azərbaycanlılar, jurnalistlər iştirak ediblər. 

Öncə Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin həyətində şəhidlərin xatirəsinə salınmış park ziyarət edilmiş, parkdakı şəhidlər abidə kompleksinin önünə əklil və gül-çiçəklər düzülüb.

Əlişir Nəvai adına Daşkənd Dövlət Özbək dili və ədəbiyyatı Universitetinin tələbələri “Şəhidlər ölməz, Vətən bölünməz” adlı şeir kompozisiyasını təqdim ediblər.

2222