“Qarabağ bülbülləri” ansamblının solisti vəfat etdi

 10:26 03.10.2021     1545

“Qarabağ bülbülləri”nin solisti İzahat Cəfərov 59 yaşında vəfat edib.

Redaktor.az xəbər verir ki, bu barədə onun kürəkəni sosial şəbəkədə paylaşım edib.

Qeyd edək ki, Qarabağ bülbülləri" ansamblının bədii rəhbəri və yaradıcısı Murad Rzayev olub. Ansambl dünyanın əksər ölkələrində Azərbaycanı mahnı festivallarında təmsil edərək, 40 qızıl medal, 100-dən cox fəxri fərman alıb, 12 sənədli və bədii filmdə çəkilərək Zaqafqaziya Ümumittifaq və Beynəlxalq Festivallar Laureatı adına layiq görülüb.
1977-ci ildə isə Xamis Muradovun rejissorluğu ilə sözügedən kollektiv ilə bağlı ilk sənədli filim də çəkilib. Bu filmdə "Qarabağ bülbülləri"nin 4 üzvü: Tacir Şahmalıoğlu, İzahat Cəfərov, İlhamiz Paşayev, Nazim Zeynalov haqqında danışılır.