Daşkəndə Azərbaycan qastronomiya sahəsinə dair təqdimat keçirildi - FOTO

 16:16 03.10.2021     1367

Özbəkistanda keçirilən “İpək yolu dürdanəsi” adlı beynəlxalq kinofestivalında Azərbaycan qastronomiya sahəsinə dair təqdimat keçirilib.

Redaktor.az xəbər verir ki, təqdimat mərasimində Azərbaycan və Özbəkistanda qastronomiya sahəsində tanınmış mütəxəssislər, Özbəkistanın Aşpazlar Assosiasiyasının rəhbərliyi, Azərbaycanın Özbəkistandakı Səfirliyi, Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi, “Özbəkistan-Azərbaycan” Dostluq Cəmiyyəti üzvləri, jurnalistlər və bloqerlər iştirak ediblər.

Tədbirdə qastronomiya sahəsində ekspert, “www.diyar.az” layihəsinin rəhbəri Nigar Əmirbəyova Azərbaycan qastronomiyasına dair yeməklərin master-klassını nümayiş etdirib. Azərbaycanın milli yeməklərin şah əsəri olan dolmanın müxtəlif növləri – yarpaq dolması, pomidor, bibər, badımcan dolmalarının hazırlanma prosesi və onların təqdimatı keçirilib. Bununla bərabər olaraq, Özbək milli plovun hazırlanması üzrə master-klasslar təqdim olunub. Azərbaycan və Özbək yeməklərinin bilgə oxşar və fərqli xüsusiyyətlərinə dair çıxışlar təqdim olunub.

Tədbirdə hər iki ölkənin milli yeməkləri iştirakçılara təqdim olunub və iştirakçılar tərəfindən yüksək qiymətləndirilib.

Təqdimat çərçivəsində Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin hazırladığı mədəni proqram təqdim olunub. Tədbirdə Azərbaycan və Özbək musiqilərini Özbəkistanın “Özbəyim yoşları” musiqi qrupu, Azərbaycanlı saz ustadı İlham Abdullayev və “Eurovision 2017” Azərbaycan iştirakçısı Diana Hacıyeva Azərbaycan musiqilərini ifa ediblər.

Qeyd edək ki, Nigar Əmirbəyova Azərbaycanda milli mətbəximizin bütün palitrasını nümayiş etdirən www.diyar.az internet resursu layihəsinin müəllifidir. Həm yerli, həm də xarici auditoriya üçün hazırlanan bu rəqəmsal məhsul, fotoşəkilləri və təsvirləri olan yeməklərin resepti, o cümlədən bütün Azərbaycan ərazisində orijinal və unudulanlar haqqında tam və etibarlı məlumat verir. O, dünyanın müxtəlif ölkələrində, Türkiyədə, Ərəb ölkələrində, Avropada, Latın Amerikası ölkələrində Azərbaycan qastronomiya sahəsinə dair təqdimatlar keçirərək Azərbaycan mədəniyyətinin təbliğini həyata keçirib. İştirakçılar Nigar Əmirbəyovanın təqdimat çıxışını yüksək qiymətləndirmiş, tədbirin Azərbaycan mədəniyyətinin tanıdılması üçün mühüm əhəmiyyətini qeyd ediblər.

Azərbaycanın Özbəkistandakı səfiri Hüseyn Quliyev və Özbəkistan Aşpazlar Assosiasiyasının rəhbəri Akbar Umarov master klası yüksək qiymətləndirib Nigar Əmirbəyova ilə görüşərək Azərbaycan milli qastronomiyasının zəngin ənənələrə malik olduğunu vurğulayıblar. A.Umarov Nigar Əmirbəyovaya Özbəkistan milli mətbəxinə dair unikal nəşr hədiyyə edib.

22222222