Zəhra Səfəralıqızının yeni kitabının təqdimatı oldu

 12:09 28.10.2021     627

Zəngilan rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Mərkəzi kitabxanasında yazar Zəhra Səfəralıqızının “Qəlbimin üşüyən tərəfi” adlı  kitabının təqdimatı keçirilib.

Redaktor.az xəbər verir ki, tədbirdə Azərbaycan Yazıçılar Birliyinin  üzvü, “Zəngilanın səsi”  qəzetinin baş  redaktoru Salam Cavadlı, şairə, AYB-nin üzvü Abşeron  MKS-nin direktoru Məlahət  Yusifqızı, şair jurnalist Mahir  Cavadlı, AYB Qubadlı “Xasay Cahangirov” adına  Ədəbi Birliyinin  rəhbəri Solmaz Cahangirova,  AYB-nin üzvü,  prezident mükafatçısı Səmayə Güləliqızı, qiraətçi xanım Bahar Abbasova,  Abşeron MKS-nin baş  metodisti Pərvanə Muradova, şair Xaliq Laçınlı  iştirak ediblər.

Tədbirdə Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda gedən mübarizədə qəhrəmanlıq göstərən şəhidlərimizin  əziz xatirəsi  bir dəqiqəlik sükutla yad edilib.

Zəngilan MKS-nin direktoru Məhruzə Cəfərova  qonaqları salamlayaraq, Zəhra Məmmədovanın yeni kitabını oxuculara təqdim edib. M.Cəfərova əmin olduğunu bildirib ki, “Buluddan nəm çəkdi yolum”, “Uzaqlardan gətirdiklərim...” adlı kitablarında olduğu kimi, “Qəlbimin üşüyən tərəfi” kitabı da kitabxanamızın oxucuları tərəfindən  rəğbətlə qarşılanacaq.  

Tədbir iştirakçıları kitabdakı şeir və hekayələrdə torpaqa, vətənə, doğma el-obaya məhəbbətin qabarıq şəkildə ifadə olounduğunu vurğuladılar, müəllyfə yeni yaradıcılıq uğurları arzulayıblar.

Mərkəzi kitabxananın kollektivi adından Xuraman Əliyeva  müəllifə uğurlar arzulayıb, qonaqlara işirak üçün təşəkkürünü bildirib.

 

Vumart və Güvən reklamı Vumart Güvən