Musa Uruddan yeni şeir - “Qarabağ Azərbaycandır!”

 20:38 06.11.2021     441

Milli Məclisin deputatı, şair Musa Urud (Quliyev) Vətənə, Qarabağın azad olunmasına həsr etdiyi yeni şeirini oxucularla bölüşüb, onu sosial şəbəkə hesabında paylaşıb. Şeir “Qarabağ Azərbaycandır!” adlanır.

Redaktor.az həmin şeiri təqdim edir:

 

Zülmət yaran oğullar döndü nura qayıtdıq,

Qarabağa qayıtdıq, Zəngəzura qayıtdıq.

Qəlbimizdə bir Kitab, iki Surə qayıtdıq:

Qarabağ Azərbaycandır!

 

Şükür sənə İlahi, Azan səsi eşitdik,

Qarabağda 30 il azan səsi eşitdik.

Şərəfli bir tarixi yazan səsi eşitdik:

Qarabağ Azərbaycandır!

 

Gözümüzdə qalmadı – arzu, muradı gördük,

“Qənimətlər parkı”nı, “Zəfər Paradı” gördük.

Dəmir yumruq , tunc inam, polad iradə gördük:

Qarabağ Azərbaycandır!

 

Dağı, daşı, meşəsi, səması da bizimdir,

Odu, suyu , torpağı, havası da bizimdir.

Zəfərə gedən yolun Nidası da bizimdir:

Qarabağ Azərbaycandır!

 

Qarabağ bu millətin yeni qibləsi oldu.

Ata öyüdü oldu, ana duası oldu.

Ali Baş Komandanın zəfər müjdəsi oldu:

Qarabağ Azərbaycandır!!!