Arif Babayevin səhhəti ilə bağlı AÇIQLAMA

 16:17 15.11.2021     277

Bir müddət öncə Mərkəzi Klinik Xəstəxanadan evə buraxılan Xalq artisti Arif Babayevin səhhəti yaxşılaşır.

Redaktor.az xəbər verir ki, bu barədə  muğam ifaçısının oğlu bildirib.

O qeyd edib ki, atasının səhhətində irəliləyişlər var:

“Şükürlər olsun ki, həkimlərin yazdığı müalicələr Arif bəyə xeyir etdi. Vəziyyəti günü-gündən yaxşılaşır. Xəstəxanadan gələndən ev şəraitində müalicə olunur. Səhhətində müsbət irəliləyiş hiss edilir”. 

Qeyd edək ki, A.Babayev ötən il insult keçirib. O, bir müddət öncə Türkiyədə müalicə olunurdu (lent.az) 

Vumart və Güvən reklamı Vumart Güvən