Koronavirusa yoluxan Xalq artistinin son durumu açıqlandı

 10:49 30.11.2021     347

Koronavirusa yoluxan Xalq artisti Eldost Bayramın vəziyyəti ağırdır.

Redaktor.az xəbər verir ki, bu barədə Zığ Modul Tipli Xəstəxanasından məlumat verilib.

Bildirilib ki, 74 yaşlı diktor hazırda oksigen maskasındadır.

"Arterial təzyiqi 115-in 77, nəbzi 108, şəkəri 142, saturasiyası isə 91-dir. Huşu özündədir. Vəziyəti isə ağır qiymətləndirilir" - deyə, məlumatda qeyd olunub.

Xalq artisti, məşhur diktor Eldost Bayram noyabrın 12-də koronavirus diaqnozu ilə Zığ Modul Tipli Xəstəxanasına yerləşdirilib (trend).

Vumart və Güvən reklamı Vumart Güvən