“Leyli və Məcnun” dastan-tamaşası təqdim olunacaq
Dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin 880 illiyi ilə əlaqədar dekabrın 17-də Heydər Əliyev Sarayında Azərbaycanda ilk dəfə “Leyli və Məcnun” dastan-tamaşası təqdim olunacaq.
Heydər Əliyev Sarayının mətbuat katibi Aytac Bağırlının Redaktor.az-a verdiyi məlumata görə, Nizami Gəncəvinin “Leyli və Məcnun” poemasının motivləri əsasında hazırlanan eyniadlı dastan-tamaşa Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi, Heydər Əliyev Sarayı və Azərbaycan Aşıqlar Birliyinin birgə təşkilatçılığı ilə keçiriləcək.












