93 film "Oskar" uğrunda yarışacaq

 17:05 07.12.2021     313

94-cü Oskar mükafatı uğrunda yarışacaq 93 xarici filmin siyahısı açıqlanıb.

Redaktor.az xarici mediayaya istinadən xəbər verir ki, dekabrın 10-da qısa siyahı üçün səsverməyə start veriləcək və dekabrın 15-də yekunlaşacaq.

Dekabrın 21-də isə 15 filmin yer aldığı yekun qısa siyahı açıqlanacaq.

Qeyd edək ki, Oskar mükafatı uğrunda yarışacaq filmlər arasında Azərbaycandan rejissor Rüfət Həsənovun "Daxildəki ada" ekran işi də yer alır.

Vumart və Güvən reklamı Vumart Güvən