Cahangir Cahangirovun yubileyi qeyd olundu

 17:13 09.12.2021     321

 

Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında Azərbaycanın tanınmış  bəstəkarları, Respublikanın Xalq artisti, Dövlət mükafatı laureatı, professor Cahangir Cahangirovun 100 illiyi münasibətilə "Xanəndənin taleyi" operasının tamaşası keçirilib.

"Xanəndənin taleyi" operasını C.Cahangirov 1978-ci ildə qələmə alıb. Opera XX əsrin əvvəllərində şöhrətin ən uca zirvəsində ikən Avropaya mühacirət edən və həyatının sonuna kimi vətən həsrəti ilə yaşayıb dünyasını dəyişən xanəndə Mir Səidin faciəvi taleyindən  bəhs edir.

Tamaşada Mir Səid rolunu Respublikanın  Əməkdar artisti İlkin Əhmədov ifa edib. Opera tamaşasında həmçinin Teatrın aparıcı solistləri  Əməkdar artistlər Afaq Abbasova (Xanım), Əliəhməd İbrahimov (Rəşid bəy), Səbinə Vabahzadə (Gülsüm), Fəridə Məmmədova (Rəna), Tural Ağasıyev (Aşur bəy), solistlər Fəhmin Əhmədli (Qasım), Mahr Tağızadə (Məmməd) və Rza Xosrovzadə (Əsədulla bəy) çıxış ediblər.

Əməkdar artisti, dirijorların beynəlxalq müsabiqələrinin və "Humay" milli mükafatın laureatı Əyyub Quliyev idarə etdiyi yubiley tamaşası geniş tamaşaçı auditoriyası toplamış, yaradıcı ziyalıların və KİV nümayəndələrinin iştirakı ilə baş tutub.

22222
Vumart və Güvən reklamı Vumart Güvən