Rüstəm Behrudi və Həmid Herisçi yaradıcılığı İspaniyanın ədəbiyyat portalında

 13:39 18.12.2021     575

İspaniyanın populyar “El coloquio de los perros” ədəbiyyat portalı “Azərbaycan ədəbiyyatı beynəlxalq virtual aləmdə” (ADTM) layihəsi çərçivəsində tanınmış Azərbaycan şairləri Rüstəm Behrudinin və Həmid Herisçinin şeirlərinin yayınına başlayıb. 

Redaktor.az xəbər verir ki, geniş oxucu kütləsi tərəfindən izlənən portal Rüstəm Behrudinin ispan dilinə tərcümə olunmuş “Azadlıq, torino kəfəni və zəvvarlar”, Həmid Herisçinin “Cəlladla üz-üzə” şeirlərini hər iki şairin yaradıcılıqları haqqında geniş məlumatla təqdim edir.

Qeyd edək ki, “El coloquio de los perros” portalı, mütəmadi olaraq səhifələrində Henri Lonqfello, Corc Eliot, Paul van Ostaijen, Sen-Pol-Ru kimi dünya şöhrətli şair və yazıçıların yaradıcılığını işıqlandırır.

Şeirlərin ispan dilinə tərcümə müəllifi – ispan dili üzrə mütəxəssis Tutuxanım Yunusovadır.

https://aztc.gov.az/az/posts/id:1323 

https://elcoloquiodelosperros.weebly.com/traducciones

https://elcoloquiodelosperros.weebly.com/traducciones/