Özbəkistanda Salatın Əsgərova adına mükafatın qalibi müəyyənləşdi - FOTO

 10:28 24.12.2021     338

Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzində 2021-ci il üzrə elan olunan Özbəkistanda Azərbaycana dair  keçirilən “İlin ən yaxşıları” müsabiqəsi”nə yekun vurulub.

Azərbaycan Mədəniyyət Mərkəzindən Redaktor.az-a verilən məlumata görə Azərbaycan Milli Məclisinin Mədəniyyət Komitəsinin Mədəniyyət Komitəsinin və Azərbaycan Dövlət Pedaqoji Universitetinin Quba filialının təşkilatçılığı ilə cari ilin dekabr ayında Azərbaycanın Milli Qəhrəmanı, şəhid jurnalist Salatın Əsgərovanın anadan olmasının 60-cı ildönümü münasibəti ilə keçirilən onlayn konfransın nəticəsinə əsasən Mərkəz Özbəkistanda jurnalistika sahəsində Salatın Əsgərova adına xüsusi mükafat təsis etmişdir.

Özbəkistanda Azərbaycana dair  keçirilən “İlin ən yaxşıları” müsabiqəsi”nin Təşkilat Komitəsi «Azərbaycanın ilk şəhid qadın jurnalist Salatın Əsgərova adına təsis edilmiş xüsusi mükafat»a Özbəkistanın “xabar.uz” xəbər portalının tanınmış gənc jurnalisti Sobırjon Yakubovu layiq görmüşdür.

Qeyd edək ki, Azərbaycan Mədəniyyət Mərkəzi tərəfindən təsis edilən şəhid qadın jurnalist Salatın Əsgərova adına Özbəkistanda elan olunan mükafatının əsas kriteriyası Azərbaycanın haqq işi, Ermənistanın Azərbaycana təcavüzü və onun ağır nəticələri, milli mədəniyyətimizə dair hər il çoxsaylı, yaradıcı və obyektiv məqalələr yayımlayan bir jurnalistə təqdim edilməsi nəzərdə tutulub.

“Salatın Əsgərova adına xüsusi mükafat”da Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin Fəxri Diplomu və pul mükafatı daxil edilib.

Azərbaycan Mədəniyyət Mərkəzi mükafata layiq görülən jurnalist Sobırjon Yakubovun  Azərbaycana dair hazırladığı məqalələrin bir qismini İnternetdə paylaşmışdır.

 

https://xabar.uz/tahlil/turkiy-davlatlar-dunyo-siyosati?fbclid=IwAR3pKJOs0ofigjgcJ5TIa3LzYmefeaFusmutCoxZ1aA5hCmtyHMKEM1BdlQ

https://ziyouz.uz/yangiliklar/evropa-ittifoqi-ozarbayjonning-hududiy-yaxlitligini-qollab-quvvatladi/?fbclid=IwAR3E_5RH1mol3WDy0nhNVjz_EODTfl-kA_-fgJ0kUZt6oMvUsEUR4rcFZwY

https://www.xabar.uz/siyosat/islom-karimov-ozarbayjon-etakchisi-haydar?fbclid=IwAR2KmSZApyV-UXWU_Efhu6QVl7KYZfwa-mIxzYBEE1VMQt9iwMmLYahvVwY

https://www.xabar.uz/madaniyat/avval-boku-endi-toshkentda?fbclid=IwAR18UAjZJFVxiuk3E_uLUrD6zbdykkNj28WS07jAbbf3SBl0soxiC2nOWEs

https://www.xabar.uz/xorij/shushada-ikki-rakat-namoz-oqish?fbclid=IwAR2eKg0HwdxbNTC_VZogESPs4KYkxo3v2MqeJTf9WqolJbv-ObQgiJ9MLfQ

https://www.xabar.uz/madaniyat/xamsa-qahram?fbclid=IwAR18UAjZJFVxiuk3E_uLUrD6zbdykkNj28WS07jAbbf3SBl0soxiC2nOWEs

https://www.xabar.uz/xorij/qorabogda-tarixiy-obidalarning-vayron-etilishini-yun?fbclid=IwAR2BUweDhUs6k-xzVVywSxqaQojU4RHRI3BVXx2WqMnp9cTZsO49zAqQa5U

https://www.xabar.uz/madaniyat/bu-zotni-ozbek-xalqi-ham-ezozlaydi-bokuda-jahon-adabiyotining?fbclid=IwAR3tWHNfmIl_cbq9nJkRz7CJAbneQGg1MCF1AxgkEYR3Zc9XSdO0nyHLFcg

https://www.xabar.uz/xorij/65-ta-masjid?fbclid=IwAR2KmSZApyV-UXWU_Efhu6QVl7KYZfwa-mIxzYBEE1VMQt9iwMmLYahvVwY

https://ziyouz.uz/yangiliklar/tarixiy-galaba-uchun-ozarbayjon-prezidenti-ilhom-aliev-turkiy-dunyoning-oliy-ordeni-bilan-taqdirlandi/?fbclid=IwAR0a2tJSUHKFReEbftcBmHtRzX5uPU3zj3i21Ccx_LHLIiJsTncmrUWgX8o

https://www.xabar.uz/tahlil/qorabogda-ikki-frontda-jang?fbclid=IwAR0zdzFI4h8nGsu_wr2yfPNzmssyxQZJR4sAb8_l1Um6TkRgLd_nlryxCkQ

https://www.xabar.uz/xorij/qorabog-darvozasi-muhim-xalqaro?fbclid=IwAR39bPIu16BXBnOlBMNCJwVUUzvYUiZmtqQGMM9o51uOH13JEt8LZJZkrb0

 

Bir müddət öncə isə Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin mütəxəssisləri tərəfindən Vikipediya Elektron Ensiklopediyasında Azərbaycanın Milli Qəhrəmanı, Qarabağ müharibəsinin şəhid olan qadın jurnalist Salatın Əsgərova haqqında özbək dilində bölmə istifadəyə verilmişdir. Bölmə ilə https://uz.wikipedia.org/wiki/Salatin_Askerova linkində tanış olmaq mümkündür.

2