Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzində xeyriyyə tədbiri keçirilib - FOTO

 11:12 27.12.2021     294

Yeni il bayramı münasibəti ilə Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzində xeyriyyə tədbiri keçirilib.

Redaktor.az xəbər verir ki, Mədəniyyət Mərkəzində keçirilən tədbirdə Daşkənddəki 21, 22, və 30 nömrəli uşaq evlərinin 200-dən çox şagirdi və müəllimi iştirak edib. Tədbirə əsasən valideyn himayəsindən məhrum olan uşaqlar qatılıb.

Əvvəlcə iştirakçılar Azərbaycanın Dövlətçilik Tarixi Muzeyinə, Heydər Əliyev Muzeyinə baxıblar, Mərkəzin foyesində təşkil olunan kitab sərgisi ilə tanış olublar.

Mərkəzdəki Heydər Əliyev Muzeyində keçirilən görüşdə mərkəzin əməkdaşı Kifayət Pirməmmədova Azərbaycan-Özbəkistan dostluğundan danışıb, bu dostluğun möhkəmlənməsində, xalqlarımız arasında əlaqələrin inkişafında uşaqların üzərinə böyük məsuliyyət düşdüyünü qeyd edib. O, uşaqların elm və biliklərə yiyələnmələrinin vacibliyini vurğulayıb, Azərbaycan dövlətinin, Heydər Əliyev Fondunun ölkəmizdə uşaq evlərinə qayğısı, onların fəaliyyətinin yüksək səviyyədə qurulması istiqamətində gördüyü işlərdən danışıb.

Sonda uşaqlar nahar süfrəsinə dəvət olunub, milli təamlara qonaq ediliblər.

2222222222