Dillər Universitetində Çin Poeziya Gecəsi - FOTO

 14:53 27.12.2021     361

Azərbaycan Dillər Universitetinin (ADU) Konfutsi İnstitutunda “Bir şeirin hekayəti” adlı onlayn poeziya gecəsi keçirilib.

Gecəni giriş sözü ilə açan Konfutsi İnstitutunun direktoru Rafiq Abbasov Çin poeziyasının yüksək insani hisslər, mənəvi duyğular düşüncələr və ənənəvi dəyərlərə ehtiramla dolu unikal mənəvi dünyası və fəlsəfəsindən danışıb.

Gecədə  ADU-nun çinşünas tələbələri məşhur Çin yazıçısı, Azərbaycanın xalq şairi Səməd Vurğunun dostu – Ke Çjunpinin “Bakı” adlı şeiri  və ÇXR yaradıcısının  Mao Tszedunun “Böyük yürüş” şeirinin  yaranma tarixindən danışıblar.

Gecədə ADU-nun tələbələri Mao Tszedunun “Çanşa”, “Sarı leylək qalası”, “Əriyin çiçəyi üçün qəsidə” və şair Li Dinin “Anırıq Bakını” eyni zamanda  Heydər Əliyev Fondunun vitse prezidenti  Leyla Əliyevanın erməni işğalçıları ilə döyüşlərdə həlak olan hərbçilərin xatirəsinə həsr olunmuş şeirlərini çin dilində ifa ediblər.

Poeziya gecəsi çərçivəsində Çinin ənənəvi “Qışın zirvəsi” bayramı və Yeni ilə həsr olunmuş qədim Çin şairlərinin şeirlərinin ən yaxşı ifası üzrə müsabiqə keçirilib.

2222