Bu məktəblərə işə qəbulla bağlı imtahanlar KEÇİRİLƏCƏK

 14:00 28.12.2021     766

"Gələn ildən musiqi məktəblərinə işə qəbul prosesini imtahan yolu ilə keçirilməsinə başlayacağıq".

Redaktor.az xəbər verir ki, bunu mədəniyyət naziri Anar Kərimov “Mədəniyyət Nazirliyi: 2021-ci il üzrə Hədəflər və Nəticələr” mövzusunda keçirilən mətbuat konfransında deyib.

Onun sözlərinə görə, imtahanların gecikməsinin bir sıra obyektiv və subyektiv səbəbləri var: "Təəssüf ki, musiqi məktəblərində işə qəbulla bağlı nöqsanlar aşkarlanıb. İmtahanların keçirilməsi üçün metodologiya hazırlanmalıdır. İstəyirik ki, Dövlət İmtahan Mərkəzini cəlb edək və Mədəniyyət Nazirliyi prosesdən kənar dursun. Həmçinin müəllimlərin diaqnoatikasının aparılmasını istəyirik ki, bununla da orda olan nöqsanları müəyyən edək. 220-yə yaxın musiqi məktəbimiz var".