Nazir Ramiz Abutalıbovun vəfatı ilə bağlı başsağlığı verdi

 09:13 02.01.2022     394

Azərbaycanın mədəniyyət naziri Anar Kərimov özünün tviterdəki hesabında tanınmış ictimai xadim, tədqiqatçı, diplomat Ramiz Abutalıbovun vəfatı ilə bağlı paylaşım edib.

Redaktor.az  xəbər verir ki, nazir YUNESKO üzrə Azərbaycan Milli Komissiyasının başsağlığını “Allah rəhmət eləsin” sözləri ilə paylaşıb.

“Tanınmış ictimai xadim, tədqiqatçı, diplomat Ramiz Abutalıbov vəfat edib. O, 1993-2004-cü illərdə Xarici İşlər Nazirliyində xüsusi tapşırıqlar üzrə səfir - YUNESKO üzrə Milli Komissiyanın ilk baş katibi olub.

YUNESKO üzrə Azərbaycan Milli Komissiyasının kollektivi adından Ramiz müəllimə Allahdan rəhmət diləyirik”, - başsağlığıda deyilir.