Komitə sədri rəssam Kəmalə Musa ilə görüşdü - FOTO

 13:17 07.01.2022     276

Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva rəssam Kəmalə Musa ilə görüşüb.

Redaktor.az xəbər verir ki, görüşdə Kəmalə Musa sənət uğurları, qayğıları, yeni yaradıcılıq planları, habelə, ümumən respublikamızda rəssamlıq sənətinə qadın rəssamların tohfələri mövzusunda fikir mübadiləsi edilib.

Rəssam Milli Məclisin Mədəniyyət komitəsinin dəstəyi ilə 2021-ci ildə keçirilən sərgilərin mədəniyyət və incəsənət ictimaiyyətinin genis marağına, rəğbətinə səbəb olduğunu deyib.

Q.Paşayeva rəssama Qarabağ motivli xatirə hədiyyəsi bağışlayıb, ona yeni yaradıcılıq uğurları diləyib.

Rəssam K.Musa rəms əsərini Q.Paşayevaya bağışlayıb.

Görüşdə “NƏFƏS” İB sədri Firəngiz Balakişiyeva iştirak edib və istedadlı rəssama uğurlar diləyib.

2