Xalq artisti koronavirusa yoluxdu - FOTO

 20:20 07.01.2022     289

Xalq artisti, kamança ustası Şəfiqə Eyvazova yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxub.

Redaktor.az xəbər verir ki, o, bir həftə əvvəl Mərkəzi Gömrük Hospitalına yerləşdirildirilib.

"Hazırda burada müalicə alıram. Həkimlər səhhətimin yaxşılaşmağa doğru dəyişdiyini deyir. Sağ olsunlar, əllərindən gələn köməkliyi göstərməyə çalışırlar", - Xalq artisti vurğulayıb.

Qeyd edək ki, Xalq artistinin həyat yoldaşı, kamança ifaçısı Arif Əsədullayev də koronavirusa yoluxub. O, hazırda ev şəraitində müalicə alır.

2