“Wikipediya”da özbək dilində Zəngəzur dəhlizi adlı bölmə yaradıldı - FOTO

 15:05 13.01.2022     289

Özbəkistanda Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin növbəti layihəsi ilə “Wikipediya” Beynəlxalq Elektron Ensiklopediyasında Azərbaycanın əsas hissəsini Naxçıvan Muxtar Respublikası ilə birləşdirən, habelə  Naxçıvandan Türkiyəyə, Avropa ilə Mərkəzi Asiya və Çini birlşdirən “Zəngəzur dəhlizi” haqqında özbək dilində yeni bölmə istifadəyə verilib.

Redaktor.az-ın məlumatına görə, bölmədə qeyd olunur ki, Zəngəzur dəhlizi Tərtər və Arpa çaylarının yuxarı axarlarından Araz çayınadək gedib çıxan, uzunluğu təqribən 130 km, hündürlüyü isə 3904 metr olan dağ silsiləsi bütün Zəngəzur mahalı boyu uzanır. Bu dağ silsiləsinə Qarabağ yaylası arasında yerləşən əraziyə Zəngi dərəsi də deyilir.

Yaradılmış bölmədə qeyd olunur ki, Azərbaycan 2020-ci ilin sentyabrın 27-də başlamış və 44 gün davam edən İkinci Qarabağ savaşında əldə etdiyi tarixi qələbənin əhəmiyyətli nəticələrindən biri də Naxçıvandan Azərbaycana birbaşa uzanan Zəngəzur dəhlizinin  açılması məsələsi oldu. 10 noyabr 2020-ci ildə Azərbaycan, Rusiya və Ermənistan liderləri arasında imzalanan üçtərəfli Bəyanat təkcə hərbi əməliyyatların dayandırılması deyil, həm də Cənubi Qafqazda Ermənistanın təxminən 30 il ərzində davam etdirdiyi işğalçı siyasəti nəticəsində bölgədə məhdudlaşan iqtisadi və nəqliyyat əlaqələrinin bərpası, inkişafı və bu istiqamətdə qlobal layihələrin həyata keçirilməsinə hüquqi zəmin yaratdığı vurğulanır.

Yaradılan bölmədə Zəngəzur dəhlizinin təməlinin qoyulması, habelə dəhlizlə bağlı məlumatların dünya mətbuatında öz əksini tapması xüsusi işıqlandırlır.

Bölmədə 15 iyun 2021-ci ildə Şuşa şəhərində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında Müttəfiqlik Münasibətləri haqqında Şuşa Bəyannaməsi imzalanmsası, ticarət-iqtisadi münasibətlərilə bağlı məsələlər, intellektual nəqliyyat sistemləri texnologiyalarından istifadə etməklə beynəlxalq nəqliyyat dəhlizlərinin Azərbaycan-Türkiyə hissələrində tranzit-nəqliyyat potensialının daha da inkişafı, Azərbaycan və Türkiyəni birləşdirən Zəngəzur dəhlizinin açılması, regionda bütün ölkələr arasında nəqliyyat-kommunikasiya əlaqələrinin bərpası, beynəlxalq nəqliyyat dəhlizlərinin inkişafının təşviqi kimi aktual məsələlər, habelə fotosurətlər yer alıb.

“Iqtisodiy afzalliklari: İqtisadi üstünlükləri” adlı bölmədə Zəngəzur dəhlizinin kifayət qədər böyük iqtisadi potensiala və təbii resurslara malik olması, regionlar arası iqtisadi və turizm əlaqələrinin daha sürətli inkişafına şərait yaratması qeyd olunub. Vurğulanır ki, layihə ümumdaxili məhsulu 1,1 trilyon dollardan çox olan türk dövlətlərini birləşdirən strateji və iqtisadi əhəmiyyət daşıyır və region ölkələri üçün əlavə üstünlüklər yaradır.

Yaradılmış bölmədə 2021-ci il 26 oktyabr tarixində Azərbaycan prezidenti İlham Əliyev və Türkiyə prezidenti Rəcəb Teyyub Ərdoğan Zəngəzur dəhlizinin təməl daşını qoyması, erməni işğalçılarından azad edilmiş bölgədə Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun, yəni Zəngəzur dəhlizinin əsasını təşkil edən yolun açılışı və bu barədə fotoşəkillər verilir.

Bundan başqa, bölmədə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “CNN Türk” televiziyasına müsahibəsi və Zəngəzur dəhlizinə dair fikirləri əks olunub.

Özbək dilində yaradılmış “Zangazur yo’lagi” bölmə ilə https://uz.wikipedia.org/wiki/Zangazur_yo%E2%80%99lagi#Tog%E2%80%99li_Qorabog%E2%80%99da_urush_harakatlarini_to%E2%80%99xtatish_haqida linkdə tanış olmaq mümkündür.

222