Azərbaycanlı prodüser vəfat etdi - FOTO

 15:07 20.01.2022     307

Prodüser və kino təşkilatçısı Aydın Abdullayev vəfat edib.

Redaktor.az xəbər verir ki, bu barədə rejissor Rəşid Ağamalıyev məlumat verib.

Qeyd edək ki, Aydın Abdullayev 1951-ci ildə Bakıda anadan olub.

1972-1977-ci illərdə Azərbaycan Dövlət Xalq Təsərrüfatı İnstitutunda təhsil alıb.

1975-ci ildən kino sahəsində film inzibatçısı, animasiya sexinin inzibatçısı, sex rəisi, kino salnaməsi sexinin rəisi vəzifələrində çalışıb.

1993-1994-cü illərdə “Azərbaycanfilm” kinostudiyasında direktor müavini, direktor əvəzi, 1994-2000-ci illərdə “Azərbaycanfilm” kinostudiyasının nəzdində fəaliyyət göstərən, əsasən animasiya filmləri istehsal edən “Azanfilm” kinostudiyasının direktoru olub (apa).

 

2