Yazıçılar Birliyi qurultaya hazırlaşır

 16:28 21.01.2022     327

“Qurultaya hazırlıq işləri başlayıb, məruzə günləri təyin olunub, hazırda məruzəçilər məruzələrini hazırlayır”.

Redaktor.az xəbər verir ki, bu barədə  Azərbaycan Yazıçılar Birliyinin (AYB) mətbuat katibi Xəyal Rza bildirib.

Onun sözlərinə görə, yanvarın 26-dan etibarən məruzələrin dinlənməsinə başlanacaq.

Xatırladaq ki, AYB-nin ali orqanı olan qurultay beş ildən bir çağırılır. Qurultay sonuncu dəfə 2014-cü ildə keçirilib. Növbəti qurultayın bu il yay aylarında Şuşa şəhərində baş tutacaq Vaqif Poeziya günləri ərəfəsində  keçirilməsi planlaşdırılır.