Xalq artisti II Fəxri Xiyabanda dəfn olunacaq

 16:04 23.02.2022     413

Azərbaycanın Xalq artisti, qoboy ifaçısı, bəstəkar Kamil Cəlilovun dəfn yeri məlum olub.

Redaktor.az xəbər verir ki, bu barədə Xalq artistinin ailəsi məlumat verib.

Bildirilib ki, K.Cəlilov Bilgəh kənd qəbiristanlığında həyat yoldaşının yanında torpağa tapşırılacaq.

Qeyd edək ki, Kamil Cəlil oğlu Cəlilov 1938-ci il yanvarın 29-da Bakının Buzovna kəndində anadan olub. O, dünən 84 yaşında vəfat edib.

Vumart və Güvən reklamı Vumart Güvən