Rusiya heyəti Kan Film Festivalında qəbul edilməyəcək
Mayın 17-dən 28-dək Fransanın eyniadlı şəhərində keçiriləcək Beynəlxalq Kann Film Festivalı Ukraynadakı vəziyyətlə əlaqədar Rusiyadan rəsmi nümayəndələri qəbul etməmək qərarına gəlib.
Redaktor.az xəbər verir ki, bu barədə çərşənbə axşamı festivalın mətbuat xidmətindən məlumat verilib.
Eyni zamanda, festivalın təşkilatçıları qeyd ediblər ki, onların diqqəti indi Ukrayna kinorejissorlarına və onların ailələrinə yönəlib.












